Maddi hazırlıqlar
- ‘’Həcc və ümrə məşəqqətdir” hədisi-şərifini heç vaxt unutmayaq.
- Ümrə səfərinə çıxmazdan əvvəl ailə həkiminə və ya yaxınlıqdakı tibb müəssisəsinə gedib sağlamlıq müayinəsindən keçin. Əgər ehtiyacınız olan dərmanlarınız varsa, onlardan çoxunu özünüzlə götürün.
- Ümrə üçün istifadə edəcəyiniz çanta və çamadanlarınıza adınızı, ünvanınızı və telefon nömrənizi yazın.
- Şirkətimizin sizə verdiyi “Ümrə Rəhbəri” adlı kitabı mütləq bir neçə dəfə oxuyun.
- Gedərkən mütləq özünüzlə Qurani-Kərim, “Həcc və ümrə rəhbəri” kitablarını götürün.
- Xarici pasportunuz mütləq yanınızda olsun.
- Baqajınızın maksimum çəkisi 23 kq olmalıdır. Əl çantanız da 10 kq-ı keçməməlidir.
- Müəyyən olunmuş vaxtda mütləq hava limanında olun.
- Özünüzlə xarici valyuta (USD və ya EURO) götürməyi unutmayın.
- Pasportunuzu və Ümrə kartınızı qətiyyən çamadanınıza qoymayın. Çamadanınızı qeyd olunan yerdən baqaja verin.
- Baqaj qəbzinizi və minmə talonunuzu əl çantanıza qoyun.
- Unutmayın! Səudiyyə Ərəbistanı hava limanından otelə qədər bütün nəzarət Səudiyyə Ərəbistanı hökumətinə aiddir.
- Qrup Rəhbərinizin təlimatlarına əməl edin və qrupunuzdan ayrılmayın.
- Hava limanlarında giriş-çıxışlarda Səudiyyə qanunlarından irəli gələn problemlər yaşana, buna görə də gözləmələr ola bilər. Səbirli olmağa çalışın.
Unutmayaq ki, həcc və ümrə məşəqqətli ibadətlərdir.