Hisar Tour ilə Ümrəyə getmək istəyənlər şirkətimizin mərkəzi və ya nümayəndəlikləri ilə əlaqə saxlayaraq; Ad, Soyad, Xarici Pasport seria nömrəsini , telefon nömrəsini və referansını bildirməklə istədiyi proqramda iştirak edə bilər.
0-15 yaş arası, yanlarında birinci dərəcəli(ana vəya atası) qohumlarından biri olsa belə, Digər valideynin Notariusdan etibarnamə verməsi lazımdır.
Səhhətində problemi olan və rəfaqatçı ehtiyacı olan, xüsusi vəziyyəti olan və baxıma ehtiyacı olan zəvvarlarımızın rəfaqatçı ilə birlikdə turlarımıza qatılması mütləqdir.
Sənədlər tam olsa da, bəzən texniki səbəblərdən viza almaqda problem yarana bilər.