Təvaf nədir?
Təvaf: Həcəri-Əsvədin olduğu küncdən başlayaraq Kəbəyi-Müəzzəməni solumuza alıb ətrafında yeddi dəfə dövr etməkdir. Kəbəyi-Müəzzəmənin ətrafında edilən hər bir dövrə şavt deyilir. 7 şavt bir təvaf olur.
Hər təvafın edilmə şəkli eynidir. Aradakı fərq niyyətdədir. Bu baxımdan təvaf edəcək kimsə niyyəti ilə təvafın növünü təyin edər.
Təvafın bəzi növləri
- Ümrə təvafı: Ümrənin fərzlərindən olan təvafdır.
- Nəzir təvafı: Nəzir edilən təvaf olub vacibdir.
- Təhiyyətül-məscid təvafı: Məscidi-Harama nə vaxt girilsə, edilməsi sünnət olan təvafdır.
- Nafilə təvaf: Fərz və ya vacib təvafların xaricində bir müsəlmanın dilədiyi qədər edə biləc əyi təvafdır.
Tavafın vacibləri
- Hədəsdən təharət (cənabətli olanın qüsl, dəstəmazsız olanın dəstəmaz alması);
- Sətri-övrət;
- Üzrü yoxsa, təvafı yeriyərək etmək;
- Təvafa Həcəri-Əsvəddən və ya onun önündən başlamaq;
- Təvafı Kəbəni sol tərəfinə alıb Rüknü İraqi istiqamətinə irəliləyərək etmək;
- Təvafı Hətimin xaricindən etmək;
- Təvaf bitdikdə iki rükət təvaf namazı qılmaq;
- Təvafı yeddi şavta tamamlamaq.
Təvafın sünnətləri
- Nəcasətdən təharət;
- Təvafa başlarkən Həcərül-Əsvədin önünə Rüknü
Yəməni tərəfindən gəlmək;
- Təvafa başlarkən və hər şavtın sonunda Həcəri-
Əsvədi istilam etmək (salamlamaq);
- Sonunda say olan təvaflarda kişilərin izdiba[1] və rəməl[2] etmələri;
- Şavtları ara vermədən etmək;
- Təvaf əsnasında zikr, təkbir, təhlil və dua ilə məşğul olmaq;
- Təvafa başlarkən Həcəri-Əsvədin qarşısında “Bismilləhi Allahu əkbər” deyərkən əlləri qaldırmaq.
Təvafın sünnətlərini üzrsüz tərk etmək məkruhdur. Lakin üzrsüz də tərk edilmiş olsa, cəza lazım gəlməz.
TƏVAFIN EDİLMƏ ŞƏKLİ
Hansı təvaf ediləcəksə, ona niyyət edilir. Rükni-Yəməni tərəfdən Həcəri-Əsvədin olduğu yerə gəlinir. Mümkünsə təkbir və təhlil ilə Həcəri-Əsvəd öpülür. Mümkün olmadığı təqdirdə Həcəri-Əsvədə dönülür və “Bismill`hi Allâhu əkbər” deyərək istilam edilib sağ əlin içi öpülür. Sonra təkbir, təhmid və salavat gətirilir. Təvaf əsnasında təlbiyə gətirilməz.
İstilamdan sonra Kəbəyi-Müəzzəmə sol tərəfdə qalacaq şəkildə təvafa başlanılır. Hər dövr bir şavtdır. Yeddi şavt bir təvafdır.
Kəbəyi-Müəzzəmə qapısında və rüknlərin hər birində duaları oxunur, salat və salam, təkbir və təhlillər gətirilir. Təvaf Hətimin xaricindən edilir.
Rükni-Yəməni küncünə gəldikdə Kəbəyə əl sürtülür və ya salamlanır, amma əl öpülməz. Həcəri-Əsvədə gəldikdə təkrar istilam edilir. Beləliklə, birinci şavt tamamlanmış olur.
Xanımlar dua, təkbir və təhlillərdə səslərini yüksəltməzlər. Təvaflarını ən tənha yerdən edərlər.
Təvaf bitdikdən sonra mümkünsə Məqami-İbrahimdə, deyilsə, Məscidi-Haramın uyğun bir yerində -kərahət vaxtları xaricində- iki rükət təvaf namazı qılınır. Bu namaz vacibdir. Birinci rükətdə Kafirun, ikinci rükətdə İxlas surələri oxunur.
Təvaf namazı kərahət vaxtlarında qılınmaz. Axşamın fərzindən sonra əvvəlcə təvaf namazı, sonra da axşamın sünnəti qılınır.
Təvaf namazından sonra Kəbəyi-Müəzzəməyə dönərək ayaqüstə bol-bol zəmzəm içilir, ixlas və səmimiyyətlə dua edilir.
[1] İzdiba: ridanın bir ucunu sağ qoltuğun altından keçirib sol çiynin üstünə atmaq.
[2] Rəməl: qısa addımlarla, çiyinləri silkələyərək göstərişli yürümək.