Ümrənin yerinə yetirilmə qaydası

ÜMRƏNİN YERİNƏ YETİRİLMƏ ŞƏKLİ

Azərbaycandan ümrəni yerinə yetirmək üçün evindən çıxan kimsə birbaşa Mədinəyi-Münəvvərəyə gedəcəksə,  ehrama girməz.  Mədinəyi- Münəvvərədəki ziyarətləri tamamladıqdan sonra mehmanxanada və ya Zülhüleyfədə (Əbyari-Ali) ehrama girər.

Birbaşa Məkkəyi-Mükərrəməyə gedən ümrə namizədi evində, hava limanında və ya miqat yerindən əvvəl təyyarədə ehrama girər.

Quru yolu ilə gedənlər isə hər hansı bir miqat yerindən ehrama girər. Azərbaycandan gedənlərin miqat yeri Cuhfədir.

Ümrəni əda etməyə niyyət edən uzundursa, dırnaqla-rını kəsər, qoltuqaltını və qasıqlarını təmizləyər, lazım gələrsə, saç, saqqal və bığlarını düzəldər, mümkünsə qüsl, deyilsə, dəstəmaz alar, gözəl qoxu sürtər, əynindəki bütün paltarlarını çıxarıb izar və rida deyilən iki parça ehram örtüsünə bürünər.

Kərahət vaxtı deyilsə, sünnət olan iki rükət ehram namazını qılar və dua edər. Sonra ümrəyə belə niyyət edər:Allâhummə innî urîdu’l-umrətə fəyəssirh` lî və təqabbəlh` minnî.

Mənası: Allahım! Sənin rizayi-şərifin üçün ümrəni yerinə yetirmək istəyirəm. Onu mənə asanlaşdır və məndən qəbul et.

Niyyətdən dərhal sonra üç dəfə bu təlbiyəni oxuyar: “Ləbbeyk, Allâhummə Ləbbeyk, Ləbbeykə l` şərîkə Ləkə Ləbbeyk. İnnə‘l-hamdə və‘n-ni’mətə ləkə və‘l-mulk. Lə` şərîkə Lək”

Mənası: “Buyur Allahım, buyur. Sənin şərikin yox, buyur. Həmd Sənə məxsusdur. Nemət və mülk Sənindir. Sənin şərikin yoxdur”.

Beləliklə, ehrama girmiş olur. Ehramdan çıxana qədər pis söz danışmaz, mübahisə etməz, ov etməz, tikişli paltar, sarıq və məst geyməz, baş və üzü örtməz, qoxu sürtməz, dırnaq kəsməz, saç-saqqalını təraş etməz. Ancaq qoxusuz sabun istifadə edə bilər. Möminlərə gülərüzlə salam verər, kimsəyə əziyyət etməz. Kəbəyi-Müəzzəməyə gələnə qədər təkbir, təhlil, salavatı-şərifə və təlbiyəyə davam edər.

Məkkəyi-Mükərrəməyə gəldikdə mümkünsə qüsl alar, mümkün deyilsə, sadəcə dəstəmaz alar, təlbiyə gətirərək Kəbəyi-Müəzzəməyə yönələr.

Məscidi-Harama sağ ayaq ilə girərkən belə deyər: Bismill`hi vəlhamdu lill`hi vəssal`tu vəssəl`mu al`-Rasûlill`h. Allâhumməftah lî əbv`bə rahmətikə və əinnî al`-zikrikə və şükrikə ve hüsni ib`dətikə yâ ərhamə’r-râhimîn. Allâhummə əntə’s-səl`mu və minkə’s-səl`mu və iləykə yərciu’s-səl`m, hayyin` rab-bən` bissəl`mi və ədxiln` dârə’s-səl`m, təb`rəktə Rab-bən` və təâləytə yâ zəlcəl`li və’l-ikrâm.

Mənası: Allahın ismi-şərifi ilə -Məscidi-Harama girirəm-, həmd Allaha məxsusdur. Salat və salam Rəsulullaha olsun. Allahım, mənə rəhmət qapılarını aç. Zikr, şükür və gözəl ibadət etməkdə mənə kömək et, ey ərhamurrahimin! Allahım, sən Salamsan, salamatlıq Səndəndir, salam Sənə dönər. Rəbbimiz, bizi salamınla qarşıla, salamatlıq yurdu olan cənnətinə qoy. Rəbbimiz sən ali və mübarəksən, ucasan, ey cəlal və ikram sahibi Allahım!

Kəbəyi-Müəzzəməni gördükdə “ALLAHU ƏKBƏR” deyərək salamlayar. Əllərini qaldırıb belə dua edər: “Allahım! Beyti-atiqin hörmətinə əfvi-İlahinə, feyzi-İlahinə, nuri-İlahinə məzhər eylə. Bu anda etdiyim və bundan sonra edəcəyim dualarımı qəbul eylə”(Kəbəyi-Müəzzəməni ilk dəfə görən kimsənin edəcəyi duanın geri çevrilməyəcəyi rəvayət olunmuşdur)

Duadan sonra ümrə təvafı üçün Həcəri-Əsvədə yönələr və təvafda izdiba edəcəyi üçün ehramın üst qisminin ortasını sağ qoltuğun altından keçirib sol çiyninin üstünə atar, sağ çiynini açıq saxlayar. İzdiba təvaf bitənə qədər davam edər. Ümrə təvafına belə niyyət edər:Allâhummə innî urîdu tavâfə beytikə’l-harâ-mi fə-yəssirhu lî və təqabbəlhu minnî.

Mənası: “Allahım! Rizai-şərifin üçün ümrə təvafını etmək istəyirəm. Onu mənə asanlaşdır və məndən qəbul et”.

Sonra Həcəri-Əsvədin olduğu yerə gedər. Mümkünsə başqasına əziyyət vermədən Həcəri-Əsvədi öpər. De-yilsə, Həcəri-Əsvədə dönüb: Bismilləhi Allâhu əkbər deyərək istilam edər, sağ əlin içini öpər. Sonra təkbir, təhmid və salavat oxuyar.

İlk üç şavtda Həcəri-Əsvəddən Rüknü Yəməniyə qədər çiyinlərini silkələyərək göstərişli bir şəkildə yeriməklə rəməl edər.

Sonra Kəbəyi-Müəzzəmə sol tərəfə qalacaq şəkildə ətra-fında dönməyə başlar. Təvafı Hətimin xaricindən edər.

Təvaf dualarını bilməyənlər istədikləri duaları oxuya bilər.

Rüknü Yəməniyə gəldikdə salamlama yerinə yetirilər, əlin içi öpülməz.

Həcəri-Əsvədə gəldikdə birinci şavt tamamlanmış olar. Təkrar Həcəri-Əsvədi salamlayaraq ikinci şavta başlayar. Kəbəyi-Müəzzəmənin ətrafında yeddi dəfə dövr edib ümrə təvafını edər və çiynini ridası ilə örtər. Mümkün olsa, Məqami-İbrahimdə, mümkün olmazsa, Haramı-Şərifin hər hansı bir yerində vacib olan iki rükət təvaf namazı qılar. Birinci rükətdə Fatihəyi-Şərifədən son-ra Kafirun surəsini, ikinci rükətdə Fatihəyi-Şərifədən son-ra İxlas surəsini oxuyar, bol-bol zəmzəm içib dua edər.

Ümrənin sayını etmək üçün məsaya (say edilən yerə) gedərkən Həcəri-Əsvədi salamlayar. Səfa təpəsinə gəl-dikdə Kəbəyi-Müəzzəməyə dönərək əllərini qaldırar, həmd və səna ilə dua edər. Təkbir və təhlil gətirər, sala-vatı-şərifə oxuyar, özü və müsəlmanlar üçün dua edər. Sonra ümrənin sayı üçün belə niyyət edər: Allâhummə innî urîdu ən əs‘â m` bəy-nə’s-Safâ və’l-Mərvətə səb‘atə əşv`tin sa‘yə’l-umrəti lil-l`hi təâl` azzə və cəllə.

Mənası: Allahım! Rizayı-şərifin üçün Səfa ilə Mərvə arasında yeddi şavt ilə ümrə sayını etmək istəyirəm.

Sayın ilk şavtını yerinə yetirmək üçün Mərvəyə yönələr. Dilədiyi duaları oxuyar. Yaşıl zolağa gəldikdə “Hərvələ” edib zolağın sonuna qədər sürətli addımlarla yürüyər.

Burada belə dua edər: Oxunuşu: Rabbiğfir vərham va‘fu və təkərram və tə-c`vəz amm`-ta‘ləmu, innəkə ta‘ləmu m` l` na‘ləm, innəkə əntallâhul-əazzu’l-Əkram.

Yaşıl zolaqdan çıxdıqdan sonra normal şəkildə gedilir. Mərvəyə gəldiyi zaman Beytullaha dönər. Səfadakı

kimi təkbir alar, zikr və dua edər. Bu, bir şavtdır.

Sonra Mərvədən Səfaya dönər. Birinci şavtda olduğu

kimi digər şavtları edər. Səfadan Mərvəyə dörd gediş, Mərvədən Səfaya üç gəlişlə yeddi şavt tamam olar.

Saçlarını təraş edər və ehramdan çıxar. Ehram qadağaları sona çatar. İki rükət müstəhab olan təşəkkür namazı qıla bilər. Ümrə biiznillah tamamlanmış olur.

Həcc ziyarətindəki ehram, təvaf, say və təraşın şərt, rükn, vacib və sünnətləri ümrədə də eyni hökmdədir. Həccdə qadağan olanlar ümrədə də qadağandır.

Ümrə sünnəti-müəkkədədir, bir gündə təkrarı caizdir. Çox ümrə etmək müstəhabdır.37

Peyğəmbər Əfəndimizin (s.a.v) ümrələri Həzrəti Qatadə (rah.) deyir ki, Ənəsdən (r.a):

– Rəsulullah Əfəndimiz neçə ümrə etdi? – deyə  soruşdum.

– Dörd ümrə etdi, - buyurdu:

1. Hicrətin altıncı ilinin Zilqadə ayında Hüdeybiyə müqa-viləsi bağlanaraq ihsar baş verən (tamamlanmayan) ümrə;

2. Hicrətin yeddinci ilində qəza ümrəsi;

3. Hüneyn qənimətlərinin bölündüyü Cira nə də niyyət-

lənərək etdiyi ümrə;

4. Vida həccində həcc ilə birlikdə yerinə yetirdiyi ümrə.

Həzrəti Qatadə deyir ki, Rəsulullahın neçə dəfə həc-cə getdiyini soruşdum. “Bir dəfə həccə getdi. O da Vida həccidir”,38– buyurdu.

37 Meydani, “Lübab Şərhi”, s.308. 

38 “Fəthu’l-Allam”, c. 4, s. 234.