Ümrə 2023-2024

Москва
Şəhər seçin
    27 Aprel - 05 May Turu
    1197
    Bakı
    Aprel Ayı Ümrə Turları

    Gümüş

    27
    aprel 2024
    5
    may 2024
    Daha ətraflı
    Qalmaq müddəti:8 gecə
    Səhər və şam yeməyi:Açıq Bufet
    Əl-Haram məscidinə:200 m məsadə
    Oteldə yerləşmə:
    Qiymət $:
    1 700 1 650
    Qiymət ₼:
    2 890 2 805
    İndi müraciət et
    1198
    Bakı
    Aprel Ayı Ümrə Turları

    Qızıl

    27
    aprel 2024
    5
    may 2024
    Daha ətraflı
    Qalmaq müddəti:8 gecə
    Səhər və şam yeməyi:Açıq Bufet
    Əl-Haram məscidinə:150 m məsadə
    Oteldə yerləşmə:
    Qiymət $:
    2 300 2 250
    Qiymət ₼:
    3 910 3 825
    İndi müraciət et
    1191
    Bakı
    Aprel Ayı Ümrə Turları

    Ekonomik

    27
    aprel 2024
    5
    may 2024
    Daha ətraflı
    Qalmaq müddəti:8 gecə
    Səhər və şam yeməyi:Açıq Bufet
    Əl-Haram məscidinə:2.5 km məsadə
    Oteldə yerləşmə:
    Qiymət $:
    1 350 1 300
    Qiymət ₼:
    2 295 2 210
    İndi müraciət et

    Həccə/Ümrəyə getmək üçün sizə lazımdır

    Yeni biometrik, xarici pasport

    Etibarlılıq müddəti ən az 6 ay olmalıdır

    Şəxsiyyət vəsiqəsinin surəti

    ön və arxa səhifəsi

    Açıq fonda rəngli fotoşəkil

    Hicablı şəkil

    Pul

    Şəxsi xərclər üçün 100-150 USD kifayət edir

    Dərmanlar

    Zəvvarın ilk yardım qutusu

    Tur üçün müraciət et
    Müraciət etmək

    Həccin rüknləri və vacib əməllər

    Ümrənin yerinə yetirilmə qaydası
    Ümrəninyerinə yetirilmə qaydasının öyrənilməsi...
    Ehram
    Niyyət və təlbiyədən ibarət olub, həccə və ya ümrəyə niyyət edərək harama daxil olmaqdır...
    Ərafat
    Ərafatda dua etmək niyyəti ilə durmaqdır. Həccin fərzlərindəndir...
    Təvaf
    Bu Kəbə ətrafında saat əqrəbinin əksi istiqamətində dövr etməkdir...
    Say
    Bu, Səfa və Mərvə təpələri arasında qaçışdır...

    Ümrə səhifəsi üçün fotohesabat

    Ümrə Üçün Hazırlıqlar

    Mənəvi Hazırlıqlar

    • Qul haqqı olmaq riskinə qarşı qohum-əqrəba, qonum-qonşu, işdəkilər və s. insanlarla halallaşmaq çox  əhəmiyyətlidir.
    • Ümrə səfərinə çıxmazdan əvvəl günahlarımızdan təmizlənmək üçün çoxlu İstiğfarı-Şərif oxumaq çox əhəmiyyətlidir.
    • Ümrə səfərində Peyğəmbər Əfəndimizi (s.a.v) ziyarət edəcəyimiz üçün əliboş getməyək deyə hədiyyə olaraq çoxlu Salavatı-Şərifə oxumaq lazımdır.
    • Bununla yanaşı, yenə mənən hazırlanmaq üçün ümrə səfərinə çıxmazdan əvvəl Yasini-Şərif, İxlası-Şərif və bu kimi duaları oxumaq faydalı olacaq.
    • Mübarək ümrə səfərinə çıxmazdan əvvəl Təsbeh, Duha, Əvvabin və Təhəccüd kimi nafilə namazları qılmaq çox faydalı olacaq.
    • Ümrə səfərinə çıxmazdan əvvəl Qurani-Kərim oxumağı bilmirsinizsə, öyrənmək faydalı olacaq. Qurani-Kərimi öyrənmək üçün qrup rəhbərinizlə əlaqə saxlaya bilərsiniz.
    • Şirkətimiz tərəfindən ümrə səfərinə çıxmazdan əvvəl keçiriləcək seminarlarda iştirakınız zəruridir.
    • Seminar tarixləri üçün qrup Rəhbərinizdən və ya +994 77 3333 444  nömrəsinə zəng edərək məlumat ala bilərsiniz.
    • Ümrə seminarında qrup xocanızla görüşməyi və Səudiyyə telefon nömrəsini götürməyi unutmayın. Əgər bu haqda məlumat əldə edə blməsəniz, +994 77 3333 444 nömrəli telefonumuzdan əldə edə bilərsiniz.
    • Seminarlarda sizə anladılan: ümrə səfəri zamanı sizə lazım olacaq ehram, başmaq, bel kəməri və s. kimi əşyaları almağı unutmayın.
    • Ümrə səfərinə gedərkən mümkünsə təyyarə və avtobusda yatmadan dəstəmazla getmək çox vacibdir, ona görə də səfərə çıxılacaq gün yaxşı istirahət edin.
    • Ümrə səfərinə çıxmazdan əvvəl mümkünsə qüsl almaq, mübarək yerlərə qüsllü şəkildə ayaq basmaq uyğun olardı.
    • Yolda dəstəmaz sıxıntısı yaşamamaq üçün yola düşmədən 24 saat əvvəl maye istifadəsini azaltmaq lazımdır.

     

        Maddi hazırlıqlar

    • ‘’Həcc və ümrə məşəqqətdir” hədisi-şərifini heç vaxt unutmayaq.
    • Ümrə səfərinə çıxmazdan əvvəl ailə həkiminə və ya yaxınlıqdakı tibb müəssisəsinə gedib sağlamlıq müayinəsindən keçin. Əgər ehtiyacınız olan dərmanlarınız varsa, onlardan çoxunu özünüzlə götürün. 
    • Ümrə üçün istifadə edəcəyiniz çanta və çamadanlarınıza adınızı, ünvanınızı və telefon nömrənizi yazın.
    • Şirkətimizin sizə verdiyi “Ümrə Rəhbəri” adlı kitabı mütləq bir neçə dəfə oxuyun. 
    • Gedərkən mütləq özünüzlə Qurani-Kərim, “Ümrə Rəhbəri” kitablarını götürün.
    • Xarici pasportunuz mütləq yanınızda olsun.
    • Baqajınızın maksimum çəkisi 23 kq olmalıdır. Əl çantanız da 10 kq-ı keçməməlidir.
    • Müəyyən olunmuş vaxtda mütləq hava limanında olun.
    • Özünüzlə xarici valyuta (USD və ya EURO) götürməyi unutmayın.
    • Pasportunuzu və Ümrə kartınızı qətiyyən çamadanınıza qoymayın. Çamadanınızı qeyd olunan yerdən baqaja verin.
    • Baqaj qəbzinizi və minmə talonunuzu əl çantanıza qoyun.
    • Unutmayın! Səudiyyə Ərəbistanı hava limanından otelə qədər bütün nəzarət Səudiyyə Ərəbistanı hökumətinə aiddir. 
    • Qrup Rəhbərinizin təlimatlarına əməl edin və qrupunuzdan ayrılmayın.
    • Hava limanlarında giriş-çıxışlarda Səudiyyə qanunlarından irəli gələn problemlər yaşana, buna görə də gözləmələr ola bilər. Səbirli olmağa çalışın. 

        

    Vacib Məlumatlar

     

    • Hisar Tour ilə Ümrəyə getmək istəyənlər şirkətimizin mərkəzi və ya nümayəndəlikləri ilə əlaqə saxlayaraq; Ad, Soyad, Xarici Pasport seria nömrəsini , telefon nömrəsini və referansını bildirməklə istədiyi proqramda iştirak edə bilər.
    • 0-15 yaş arası, yanlarında birinci dərəcəli(ana vəya atası)  qohumlarından biri olsa belə, Digər valideynin Notariusdan etibarnamə verməsi lazımdır.
    • Səhhətində problemi olan və rəfaqatçı ehtiyacı olan, xüsusi vəziyyəti olan və baxıma ehtiyacı olan zəvvarlarımızın rəfaqatçı ilə birlikdə turlarımıza qatılması mütləqdir.
    • Sənədlər tam olsa da, bəzən texniki səbəblərdən viza almaqda problem yarana bilər.

     

           Unutmayaq ki, həcc və ümrə məşəqqətli ibadətlərdir.