
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.
QMİ-nin Mətbuat Xidmətindən hisartour.az-a verilən məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları ( 9945 manat) təşkil edir.
Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.