ÜMRƏNİN FƏRZLƏRİ
Ümrənin fərzi ikidir: Ehram və təvaf.
A) ÜMRƏNİN 1-Cİ FƏRZİ: EHRAM
Ehram: Niyyət və təlbiyədən ibarət olub, həccə və ya ümrəyə niyyət edərək Ehramın qadağalarına daxil olmaqdır. Ehrama niyyət edən kişilər izar və ridaya bürünərlər. Bu iki parça örtüyə xalq arasında "ehram" deyilir. Xanımlar isə normal paltarları ilə niyyət edərlər.
Ehram, həcc və ümrə ibadətlərini yerinə yetirmək üçün bəzi mübahları haram etmək deməkdir.
Ehrama girməyin hikməti və sirri: Dünya zinəti olan paltarları soyunaraq, doğumu və ölülərin dirildilməsini, məhşər yerini, hesab gününü, mizanı düşünmək və təmiz bir şəkildə İlahi feyzə nail olmaqdır.
Ehramın Şərtləri
- Niyyət etmək.
- Təlbiyə gətirmək və ya təlbiyə yerinə keçən bir zikr etmək.
Rəsulullah Əfəndimiz (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Təlbiyə gətirən elə bir müsəlman yoxdur ki, onun sağında və solunda olan daş, ağac, sərt torpaq onun təlbiyəsində iştirak etməsin. Bu iştirak (sağ və soluna işarə edərək) bu və bu istiqamətdə yerin son hüdudlarına qədər davam edər." ("Sünəni-Tirmizi", Hədisi-şərif №: 828).
Ehramın Vacibləri
- Miqat sərhəddini keçmədən ehrama girmək.
- Ehramın qadağalarından qorunmaq.
Ehramın Sünnətləri
- Ehrama girmədən əvvəl qoltuqaltı və qasıq tüklərini təmizləmək, dırnaq kəsmək və gözəl qoxu sürtmək.
- Ehrama girərkən qüsl və ya dəstəmaz almaq.
- Kişilər üçün izar və rida deyilən iki parça örtüyə bürünmək.
- Ehrama niyyət etdikdən sonra, kərahət vaxtı deyilsə, iki rükət ehram namazı qılmaq.
- Ehramlı ikən hər fürsətdə təlbiyə gətirmək.
- Təlbiyəni üç dəfə təkrarlamaq.
- Təlbiyədən sonra təşrik təkbiri gətirmək, salavat-ı şərifə oxumaq, dua və niyaz etmək.
Ehramın Müstəhəbləri
- Qüslə ehram üçün niyyət etmək.
- Ehramın ağ, yeni və ya yuyulmuş olması.
- Şəpik və ya şəpikə bənzəyən başmaq geymək.
- Misvak istifadə etmək.
- Saçları daramaq.
- Bığları sünnətə uyğun düzəltmək.
Ehramın Mübahları
- Qan aldırmaq.
- Tük qoparmadan bədənin hər hansı bir yerini və ya başını qaşımaq.
- Yuyunmaq, qoxusuz sabun istifadə etmək.
- İstidən qorunmaq üçün ağac, ev, çadır altına sığınmaq, başa toxundurmadan çətir gəzdirmək.
- Kəmər taxmaq, silah gəzdirmək, üzük və saat taxmaq, qoxusuz sürmə çəkmək.
- Topuqları və üstü açıq olan başmaq geymək.
- Diş çəkdirmək, iynə vurdurmaq.
- Qollarını geymədən və düymələmədən palto və ya pencək kimi paltarları çiynə almaq.
- Yorğan, ədyal və ya hər hansı bir örtü ilə üz və baş xaric, bədənin digər qisimlərini örtmək.
Ehram Qadağaları
Ehrama girən şəxs üçün müəyyən əməllər haram olur. Bu haramlara ehram qadağaları deyilir.
A) Ehramlının Öz Bədəni ilə Əlaqəli Qadağanlar:
- Qoxu sürtmək.
- Qoxulu sabun istifadə etmək.
- Təraş olmaq, bığları azaltmaq.
- Bəzənmək məqsədi ilə xına sürtmək, dodaq boyası və lak kimi maddələr istifadə etmək.
- Dırnaqları kəsmək.
- Bədəninin hər hansı bir yerindən tük qoparmaq və ya kəsmək.
- Qasıq və qoltuqaltı tüklərini yolmaq və ya təraş etmək.
B) Paltar ilə Əlaqəli (Kişilərə) Qadağalar:
- Başa təkkə qoymaq və ya sarıq sarımaq.
- Şalvar, palto, köynək kimi tikişli paltarlar geymək.
- Corab, əlcək və ya üstü və topuqları bağlı ayaqqabı geymək.
C) Cinsi Qadağalar:
- Cinsi münasibətdə olmaq.
- Öpmək.
- Cinsi münasibətə səbəb ola biləcək sözlər danışmaq və hərəkətlər etmək.
D) Başqalarına Zərər Vərən Qadağalar:
- Dava etmək.
- Münaqişə və mübahisə etmək.
- Söymək, təhqir etmək, könül qırmaq.
E) Haram Bölgəsi ilə Əlaqəli Qadağalar:
- Yabanı bitən yaşıl otları qoparmaq, ağacları kəsmək, budamaq, əzmək.
- Zərərsiz heyvanları öldürmək.
F) Quru Heyvanlarının Ovu ilə Əlaqəli Qadağalar:
- Əti yeyilən və ya yeyilməyən hər cür quru heyvanını ovlamaq.
- Ovçuya, işarə ilə olsa belə, yardım etmək.
- Ov heyvanlarına zərər vermək.
Ehrama Harada Girilir?
Ehrama girmək üçün müəyyən yerlər vardır. Bunlara "Miqat yeri" deyilir. Beytullaha gəlmək istəyən hər bir şəxs, miqat yerini ehramsız keçməməli və Kəbəyi-Müəzzəməyə təzim üçün ehramlı olmalıdır.
Miqat Məsələsində İnsanlar Üç Qisimdir:
- Afaqi olanlar: Miqat yerlərinin xaricindən gələnlər.
- Hill əhli: Miqat yerləri ilə Haram bölgəsi arasında yaşayanlar.
- Haram bölgəsinin camaatı: Haramın hüdudları daxilində yaşayanlar.