Сезон закончился
Оставь заявку на тур

Для поездки на Хадж/Умру необходимы

Заграничный паспорт нового образца, биометрический

Срок действия не менее 6 месяцев

Копия общегражданского паспорта

Лицевая страница и страница с подпиской

Цветная фотография на светлом фоне

Женщина в платке

Деньги

На личные расходы

Лекарства

Аптечка паломника

Оставь заявку на тур
Оставить заявку

Столпы хаджа и обязательные действия

Хадж: порядок исполнения
Изучение порядка исполнения ритуалов хаджа...
Ихрам
Это намерение совершить действия, связанные с хаджем и умрой ...
Арафа
Это молитвенное стояние в долине Арафат. Является центральным обрядом...
Таваф
Это обход против часовой стрелки вокруг Каабы во время хаджа. Первый...
Са’й
Это бег между холмами Сафа и Марва. Обряд установлен в память о ...

Фотоотчет с паломничества

Ümrə Üçün Hazırlıqlar

Mənəvi Hazırlıqlar

  • Qul haqqı olmaq riskinə qarşı qohum-əqrəba, qonum-qonşu, işdəkilər və s. insanlarla halallaşmaq çox  əhəmiyyətlidir.
  • Ümrə səfərinə çıxmazdan əvvəl günahlarımızdan təmizlənmək üçün çoxlu İstiğfarı-Şərif oxumaq çox əhəmiyyətlidir.
  • Ümrə səfərində Peyğəmbər Əfəndimizi (s.a.v) ziyarət edəcəyimiz üçün əliboş getməyək deyə hədiyyə olaraq çoxlu Salavatı-Şərifə oxumaq lazımdır.
  • Bununla yanaşı, yenə mənən hazırlanmaq üçün ümrə səfərinə çıxmazdan əvvəl Yasini-Şərif, İxlası-Şərif və bu kimi duaları oxumaq faydalı olacaq.
  • Mübarək ümrə səfərinə çıxmazdan əvvəl Təsbeh, Duha, Əvvabin və Təhəccüd kimi nafilə namazları qılmaq çox faydalı olacaq.
  • Ümrə səfərinə çıxmazdan əvvəl Qurani-Kərim oxumağı bilmirsinizsə, öyrənmək faydalı olacaq. Qurani-Kərimi öyrənmək üçün qrup rəhbərinizlə əlaqə saxlaya bilərsiniz.
  • Şirkətimiz tərəfindən ümrə səfərinə çıxmazdan əvvəl keçiriləcək seminarlarda iştirakınız zəruridir.
  • Seminar tarixləri üçün qrup Rəhbərinizdən və ya +994 77 3333 444  nömrəsinə zəng edərək məlumat ala bilərsiniz.
  • Ümrə seminarında qrup xocanızla görüşməyi və Səudiyyə telefon nömrəsini götürməyi unutmayın. Əgər bu haqda məlumat əldə edə blməsəniz, +994 77 3333 444 nömrəli telefonumuzdan əldə edə bilərsiniz.
  • Seminarlarda sizə anladılan: ümrə səfəri zamanı sizə lazım olacaq ehram, başmaq, bel kəməri və s. kimi əşyaları almağı unutmayın.
  • Ümrə səfərinə gedərkən mümkünsə təyyarə və avtobusda yatmadan dəstəmazla getmək çox vacibdir, ona görə də səfərə çıxılacaq gün yaxşı istirahət edin.
  • Ümrə səfərinə çıxmazdan əvvəl mümkünsə qüsl almaq, mübarək yerlərə qüsllü şəkildə ayaq basmaq uyğun olardı.
  • Yolda dəstəmaz sıxıntısı yaşamamaq üçün yola düşmədən 24 saat əvvəl maye istifadəsini azaltmaq lazımdır.

 

    Maddi hazırlıqlar

  • ‘’Həcc və ümrə məşəqqətdir” hədisi-şərifini heç vaxt unutmayaq.
  • Ümrə səfərinə çıxmazdan əvvəl ailə həkiminə və ya yaxınlıqdakı tibb müəssisəsinə gedib sağlamlıq müayinəsindən keçin. Əgər ehtiyacınız olan dərmanlarınız varsa, onlardan çoxunu özünüzlə götürün. 
  • Ümrə üçün istifadə edəcəyiniz çanta və çamadanlarınıza adınızı, ünvanınızı və telefon nömrənizi yazın.
  • Şirkətimizin sizə verdiyi “Ümrə Rəhbəri” adlı kitabı mütləq bir neçə dəfə oxuyun. 
  • Gedərkən mütləq özünüzlə Qurani-Kərim, “Ümrə Rəhbəri” kitablarını götürün.
  • Xarici pasportunuz mütləq yanınızda olsun.
  • Baqajınızın maksimum çəkisi 23 kq olmalıdır. Əl çantanız da 10 kq-ı keçməməlidir.
  • Müəyyən olunmuş vaxtda mütləq hava limanında olun.
  • Özünüzlə xarici valyuta (USD və ya EURO) götürməyi unutmayın.
  • Pasportunuzu və Ümrə kartınızı qətiyyən çamadanınıza qoymayın. Çamadanınızı qeyd olunan yerdən baqaja verin.
  • Baqaj qəbzinizi və minmə talonunuzu əl çantanıza qoyun.
  • Unutmayın! Səudiyyə Ərəbistanı hava limanından otelə qədər bütün nəzarət Səudiyyə Ərəbistanı hökumətinə aiddir. 
  • Qrup Rəhbərinizin təlimatlarına əməl edin və qrupunuzdan ayrılmayın.
  • Hava limanlarında giriş-çıxışlarda Səudiyyə qanunlarından irəli gələn problemlər yaşana, buna görə də gözləmələr ola bilər. Səbirli olmağa çalışın. 

    

Vacib Məlumatlar

 

  • Hisar Tour ilə Ümrəyə getmək istəyənlər şirkətimizin mərkəzi və ya nümayəndəlikləri ilə əlaqə saxlayaraq; Ad, Soyad, Xarici Pasport seria nömrəsini , telefon nömrəsini və referansını bildirməklə istədiyi proqramda iştirak edə bilər.
  • 0-15 yaş arası, yanlarında birinci dərəcəli(ana vəya atası)  qohumlarından biri olsa belə, Digər valideynin Notariusdan etibarnamə verməsi lazımdır.
  • Səhhətində problemi olan və rəfaqatçı ehtiyacı olan, xüsusi vəziyyəti olan və baxıma ehtiyacı olan zəvvarlarımızın rəfaqatçı ilə birlikdə turlarımıza qatılması mütləqdir.
  • Sənədlər tam olsa da, bəzən texniki səbəblərdən viza almaqda problem yarana bilər.

 

       Unutmayaq ki, həcc və ümrə məşəqqətli ibadətlərdir.