Ümrə necə edilir ?

Submitted by content on

Ümrənin Yerinə  Yetirilmə Şəkli : AZƏRBAYCANDAN ÜMRƏ ZİYARƏTİ

Mədinəyə və ya Məkkəyə Gediş: Azərbaycandan ümrə ziyarəti üçün evindən çıxan şəxs birbaşa Mədinəyi-Münəvvərəyə gedirsə, ehrama girmədən gedə bilər. Mədinə ziyarətlərini tamamladıqdan sonra mehmanxanada və ya Zülhüleyfədə (Əbyari-Ali) ehrama girə bilər. Birbaşa Məkkəyi-Mükərrəməyə gedən ümrə namizədi isə evində, hava limanında və ya miqat yerindən əvvəl təyyarədə ehrama girməlidir. Quru yolu ilə gedənlər miqat yerində ehrama girirlər. Azərbaycandan gedənlər üçün miqat yeri Cuhfədir.

Ümrəyə Hazırlıq: Ümrəni əda etməyə niyyət edən şəxs, dırnaqlarını kəsər, qoltuqaltını və qasıqlarını təmizləyər, lazım gəldikdə saç, saqqal və bığlarını düzəldər. Qüsl alınması mümkündürsə qüsl, deyilsə dəstəmaz alınmalıdır. Gözəl qoxu sürtmək, əynindəki bütün paltarları çıxarıb izar və rida deyilən iki parça ehram örtüsünə bürünmək vacibdir. Sünnət olan iki rükət ehram namazı qılınar və dua edilər. Daha sonra ümrə üçün belə niyyət edilər:

اَللّٰهُمَّ إِنِّى أُرِيدُ الْعُمْرَةَ فَيَسِّرْهَا لِى وَتَقَبَّلْهَا مِنِّي

Oxunuşu: Allâhummə innî urîdu’l-umrətə fəyəssirh lî və təqabbəlh minnî.

Mənası: Allahım! Sənin rizayi-şərifin üçün ümrəni yerinə yetirmək istəyirəm. Onu mənə asanlaşdır və məndən qəbul et.

Niyyətdən dərhal sonra üç dəfə bu təlbiyə oxunmalıdır:

لَبَّيْكَ اَللّٰهُمَّ لَبَّيْكَ لَبَّيْكَ لَ شَرِيكَ لَكَ لَبَّيْكَ إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لَ شَرِيكَ لَكَ

Oxunuşu: Ləbbeyk, Allâhummə Ləbbeyk, Ləbbeykə ləə şərîkə Ləkə Ləbbeyk. İnnə‘l-hamdə və‘n-ni’mətə ləkə və‘l-mulk. Ləə şərîkə Lək.

Mənası: “Buyur Allahım, buyur. Sənin şərikin yoxdur, buyur. Həmd Sənə məxsusdur. Nemət və mülk Sənindir. Sənin şərikin yoxdur.”

Ehramın Qaydaları: Ehramdan çıxana qədər pis söz danışmaq, mübahisə etmək, ov etmək, tikişli paltar, sarıq və ya məst geyinmək, baş və üz örtmək qadağandır. Qoxu sürtmək, dırnaq kəsmək, saç-saqqalını təraş etmək də qadağandır, lakin qoxusuz sabun istifadə edilə bilər. Məkkəyə gələnə qədər təkbir, təhlil, salavatı-şərifə və təlbiyəyə davam edilməlidir.

Məscidi-Harama Giriş və Kəbəyi-Müəzzəmə Ziyarəti: Məscidi-Harama sağ ayaq ilə girərkən aşağıdakı dua oxunmalıdır:

بِسْمِ ا هِل وَالْحَمْدُ لِِّ وَالصَّ اةَُ وَالسَّ امَُ عَلَى رَسُولِ ا هِل. اَللّٰهُمَّ افْتَحْ لِي ل أَبْواَبَ رَحْمَتِكَ وَأَعِنِّى عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِباَدَتِكَ ياَ أَرْحَمَ الرَّاحِمِينَ، الَلهُّٰمَّ أنَتَْ السّلَمُ وَمِنكَْ السّلَمُ وَالِيَكَْ يرَْجِعُ ال ا سَّ امَُّ حَينِّاَ رَبنَّاَ ل لََ بِالسّلَمِ وَأدَْخِلْناَ دَارَ السّلَمِ تبََارَكْتَ رَبنّاَ وَتعََاليَْتَ ياَ ذَا الْجَلَلِ وَالِْكْرَامِ

Oxunuşu: Bismilləhi vəlhamdu lilləhi vəssaltu vəssələmu alə-Rasûlilləh. Allâhumməftah lî əbvəbə rahmətikə və əinnî alə-zikrikə və şükrikə ve hüsni ibədətikə yâ ərhamə’r-râhimîn. Allâhummə əntə’s-səlmu və minkə’s-səlmu və iləykə yərciu’s-səlm, hayyin` rabbənə bissələmi və ədxilnə dârə’s-sələm, təbarəktə Rabbənə və təâləytə yâ zəlcələli və’l-ikrâm.

Mənası: Allahın ismi-şərifi ilə Məscidi-Harama girirəm. Həmd Allaha məxsusdur. Salat və salam Rəsulullaha olsun. Allahım, mənə rəhmət qapılarını aç. Zikr, şükür və gözəl ibadət etməkdə mənə kömək et, ey ərhamurrahimin! Allahım, sən Salamsan, salamatlıq Səndəndir, salam Sənə dönər. Rəbbimiz, bizi salamla qarşıla, salamatlıq yurdu olan cənnətinə daxil et. Rəbbimiz, sən ali və mübarəksən, ucasan, ey cəlal və ikram sahibi Allahım!

Kəbəyi-Müəzzəməni gördükdə “Allahu Əkbər” deyərək salamlanır və dua edilir. Kəbəyi-Müəzzəməyə yönələn ümrə ziyarətçisi, ümrə təvafına belə niyyət edir:

اَللّٰهُمَّ إِنِّى أُرِيدُ طَوَافَ بَيْتِكَ الْحَرَامِ فَيَسِّرْهُ لِى وَتَقَبَّلْهُ مِنِّي

Oxunuşu: Allâhummə innî urîdu tavâfə beytikə’l-harâmi fə-yəssirhu lî və təqabbəlhu minnî.

Mənası: “Allahım! Rizai-şərifin üçün ümrə təvafını etmək istəyirəm. Onu mənə asanlaşdır və məndən qəbul et.”

Təvaf və Sayın Yerinə Yetirilməsi: Ümrə təvafı zamanı Həcəri-Əsvədin olduğu yerdə mümkünsə öpmək, mümkün deyilsə, "Bismilləhi Allâhu əkbər" deyərək istilam etmək tövsiyə edilir. Ümrənin say mərhələsində Səfa ilə Mərvə arasında yeddi dəfə gedib-gəlmək lazımdır. Hərvələ, yaşıl zolaqda sürətlə yerimək deməkdir və bu zaman xüsusi dualar oxunur. Ümrənin sonunda saçlar təraş edilir və ehramdan çıxılır.

Ümrə İbadətinin Əhəmiyyəti: Ümrə sünnəti-müəkkədədir, yəni çox mühüm bir sünnətdir. Ümrə ibadətinin təkrarı caizdir və çox sayda ümrə etmək müstəhabdır.