ÜMRƏNİN FƏZİLƏTİ
Allahu Təala Bəqərə surəsinin 196-cı ayəti-kəriməsində:
(وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِِ)
“Allah üçün həcc ilə ümrəni də tam yerinə yetirin”, - buyurmuşdur.
Rəsulullah Əfəndimiz salləllahu aleyhi və səlləm də belə buyurmuşdur:
الَعْمُْرَة إلِىَ العْمُْرَة كفَاَّرَة لمَِا بيَنْهَمَُا وَالحَْجُّ المَْبرُْور ليَسَْ لهَ جَزَاء إلَِّ الجَْنةَُّ
“Ümrə (sonra ediləcək) ümrəyə qədər ikisi arasında baş verəcəklərə (kiçik günahlara) kəffarədir. Məbrur (qəbul) olmuş bir həccin qarşılığı isə ancaq Cənnətdir”.(Səhihi-Buxari”, Hədisi-şərif №: 1773.)
جِهَادُ الْكَبِيرِ وَالصَّغِيرِ وَالضَّعِيفِ وَالْمَرْأَةِ الْحَجُّ وَالْعُمْرَةُ
“Yaşlının, uşağın, zəifin və qadının cihadı həcc və ümrədir”.(“Sünəni-Nəsəi”, Hədisi-şərif №: 2626.)
عَنْ عُمَرَ أَنَّهُ اسْتَأْذَنَ النَّبِيَّ صَلَّى ا هل عَلَيْهِ وَسَلَّمَ فِي الْعُمْرَةِ فَأَذِنَ لَهُ ل
وَقَالَ لَهُ يَا أُخَيَّ أَشْرِكْنَا فِي شَيْءٍ مِنْ دُعَائِكَ وَلَ تَنْسَنَا
Həzrəti Ömərdən rəvayət edildiyinə görə, o, Rəsulullah Əfəndimizdən ümrə üçün icazə istədi. Ona icazə verərək: “Ey qardaşım! Edəcəyin duaların bir qisminə bizi də ortaq et, bizi (duada) unutma”,– buyurdu. (Hakim, “əl-Müstədrək”, Hədisi-şərif №: 1733)
Həzrəti Aişə anamızdan belə rəvayət olunmuşdur:
عَنْ عَائِشَةَ رَضِيَ ا هل عَنْهَا أَنَّ رََّسُولَ ا هِل صَلّى ا هل عَلَيْهِ وَسَلّمَ قَالَ لَهَا ل ل ل فِي عُمْرَتِهَا: إِنّ لَكِ مِنَ الَْجْرِ عَلَى قَدْرِ نَصَبِكِ وَنَفَقَتِكِ
Rəsulullah Əfəndimiz Həzrəti Aişə anamız ümrə edərkən buyurdu: “Sənə yorğunluğun və xərclədiyin qədər mükafat yazılır”.
Bir başqa hədisi-şərifdə isə Rəsulullah Əfəndimiz (s.a.v):
عُمْرَةٌ فِي رَمَضَانَ تَعْدِلُ حَجَّةً مَعِى
“Ramazanı-Şərifdə əda edilən bir ümrə (savab baxımından) mənimlə əda edilən bir həccə bərabərdir”,– buyurmuşdur. (Səhihi-Buxari”, Hədisi-şərif №: 1863; “Səhihi-Müslim”, Hədisi-şərif №: 222)