Отзыв от Abbasova Afət

Bu fürsəti qaçırma
Abbasova Afət
10/10

Ziyarətimiz Ramazan ayının son günlərinə təsadüf etmişdi. Hisar Tour ilə təşkil olunan Ümrə ziyarətində qrup rəhbərimiz oruclu olduğu halda Ciddə–Məkkəyi-Mükərrəmə yolu, Beytullah yolu, təvaf və Səfa–Mərva səyi zamanı bir an belə dayanmadan Qurani-Kərimdən surələr oxumuş, hədislər danışmış və İslam tarixindən mühüm məlumatlar vermişdir.

Hətta ikinci Ümrə zamanı 35 dərəcə istidə təvaf əsnasında halı pisləşsə də, üzünə su vuraraq orucunu pozmadan Qurani-Kərim oxumağa davam edib təvafı tamamladı. Bu fədakarlıq və məsuliyyət bizi çox təsirləndirdi. Mən və 4 bacım ondan çox razı qaldıq. Belə peşəkar və qayğıkeş rəhbəri hər kəsə tövsiyə edəcəyəm.

22.05.2026

Proqramımızı daha yaxşı edin

Gələcək səfərlərin daha da təkmilləşdirilməsi üçün səfər haqqında rəy yazın

Fikrinizi bildirin