Bu fürsəti qaçırma
Abbasova Afət
10/10

Ziyarətimiz Ramazan ayının son günlərinə təsadüf etmişdi. Hisar Tour ilə təşkil olunan Ümrə ziyarətində qrup rəhbərimiz oruclu olduğu halda Ciddə–Məkkəyi-Mükərrəmə yolu, Beytullah yolu, təvaf və Səfa–Mərva səyi zamanı bir an belə dayanmadan Qurani-Kərimdən surələr oxumuş, hədislər danışmış və İslam tarixindən mühüm məlumatlar vermişdir.

Hətta ikinci Ümrə zamanı 35 dərəcə istidə təvaf əsnasında halı pisləşsə də, üzünə su vuraraq orucunu pozmadan Qurani-Kərim oxumağa davam edib təvafı tamamladı. Bu fədakarlıq və məsuliyyət bizi çox təsirləndirdi. Mən və 4 bacım ondan çox razı qaldıq. Belə peşəkar və qayğıkeş rəhbəri hər kəsə tövsiyə edəcəyəm.

22.05.2026