Bu fürsəti qaçırma
Leman Meherremova
10/10

Uca Allahın izni ilə Ümrə ibadətimizi sağlamlıq və rahatlıq içində yerinə yetirib geri dönməyimizə vəsilə olan Hisar Tour kollektivinə ürəkdən təşəkkür edirəm. Bu müqəddəs səfər boyunca göstərdiyiniz diqqət, məsuliyyət və səmimiyyət hər zaman hiss olundu.

Xüsusilə tur rəhbərlərimizə ayrıca minnətdarlığımı bildirirəm – səbriniz, bilikləriniz, qayğınız və hər an yanımızda olmağınız bu ibadəti bizim üçün daha rahat və mənalı etdi. Azərbaycandan təşkil olunan Hisar Tour Ümrə ziyarəti yüksək səviyyədə təşkil edilmişdi.

Allah hər birinizdən razı olsun, etdiyiniz xidmətləri qəbul etsin, ruzinizi bol, yolunuzu açıq etsin. İnşallah bu xeyirli işləriniz davamlı olar və bir çox insanlara bu müqəddəs ziyarəti nəsib edərsiniz.

Hörmətlə və dualarla, Meherremova Leman və bacım Lale adından 🌺

27.04.2026